Telefonuna baxandan sonra anasını boğaraq öldürüb: Ucardakı dəhşətli cinayətin TƏFƏRRÜATI – YENİLƏNİB

Ucarda 1981-ci il təvəllüdlü qadının boğularaq öldürülməsinin bəzi təfərrüatı məlum olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Ş.Qurbanovanı öldürməkdə şübhəli bilinən oğlu – 2000-ci il təvəllüdlü Qurbanov Faiq atası Kainat ilə birgə Rusiyada yaşayırmış. O, bir müddət öncə doğulduğu Qaradağlı kəndinə gəlibmiş. Faiq bu gün səhər saatlarında anasının telefonuna baxdıqdan sonra məlum hadisəni törədib.

Hazırda Ucar Rayon Polis Şöbəsinin əməkdaşları hadisənin baş verdiyi Qaradağlı kəndində araşdırma aparır.

Xatırladaq ki, faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

12:33

Şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Avqustun 18-i saat 10:30 radələrində Ucar rayonunun Qaradağlı kənd sakini 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Məlumatda bildirilir ki, ilkin araşdırma zamanı 2000-ci il təvəllüdlü Faiq Qurbanov aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə anası Şəlalə Qurbanovanı naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faiq Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

11:59

Avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırmalar aparılır, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

👁 baxış