Ordumuzun hərbçisi buna görə özünü güllələyib-Yenilənib

XƏBƏR XƏTTİ
Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Noyabrın 20-si Ağdam Şəhəri Günüdür•Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Noyabrın 20-si Ağdam Şəhəri Günüdür•

Azərbaycan Ordusunun hərbçisinin ihtihar etməsinin ilkin səbəbi məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, kiçik çavuş Abbasov Asim Hamail oğlu ailə problemləri zəminində özünü öldürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

saat 12:07

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət  hərbi qulluqçusu, kiçik çavuş Abbasov Asim Hamail oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.

Respublika Hərbi Prokurorluğundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin  əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt