Ağdamın işğaldan azad olunmasından 6 il ötür

XƏBƏR XƏTTİ
Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Noyabrın 20-si Ağdam Şəhəri Günüdür•Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Noyabrın 20-si Ağdam Şəhəri Günüdür•

Möhtərəm Prezidentimiz cənab Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb.

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb. Bu da Ermənistan daxilində və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb olub.

Nəhayət, Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin,  Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

Ağdamın əvvəlki şöhrəti qayıdacaq.  Möhtəreəm Prezidentimiz cənab  İlham Əliyev bu gözəl Azərbaycan şəhərinə səfərləri zamanı dəfələrlə bildirib ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisinin Azərbaycana təhvil verilməsi Qələbəmizin həm döyüş meydanında, həm siyasi müstəvidə qazanılmasının göstəricisidir.

 

Pərviz Aslanov,  Cəlilabad rayonunda məskunlaşmış Ağdam  rayon sakini

                                                                                                  

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt