“Atlant”ın rəhbəri vəfat etdi

XƏBƏR XƏTTİ
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzində – FOTOLAR•Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada – FOTOLAR•Prezident Vyetnamın Baş naziri ilə görüşdü – FOTOLAR•“Böyük vədlərlə başlamaq istəməzdim” – Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama•“Atlant”ın rəhbəri vəfat etdi•Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı – Axtarış aparılır•Həkimin villasında dava – Bağban 74 yaşlı sürücünü bıçaqladı•“Ailələrin dağılmasının əsas səbəbkarı valideynlər olur, hər işə qarışırlar”•Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzində – FOTOLAR•Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada – FOTOLAR•Prezident Vyetnamın Baş naziri ilə görüşdü – FOTOLAR•“Böyük vədlərlə başlamaq istəməzdim” – Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama•“Atlant”ın rəhbəri vəfat etdi•Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı – Axtarış aparılır•Həkimin villasında dava – Bağban 74 yaşlı sürücünü bıçaqladı•“Ailələrin dağılmasının əsas səbəbkarı valideynlər olur, hər işə qarışırlar”•

Nabranda yerləşən və bir neçə gün öncə müsadirə edilən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib.

Mecra.az “Bizim.media”ya istinadən xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Bildirilib ki, Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq.

Xatırladaq ki, 4 gün əvvəl Tahir Qədəşovun kürəkəni, “Təbriz” MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədova hökm oxunub. N.Hacıyev 11 il 6 ay azadlıqdan məhrum olunub. T.Məhəmmədova isə şərti cəza verilib. Bundan əlavə, üzərinə həbs qoyulmuş “Atlant” İstirahət Mərkəzi müsadirə edilib.

İstirahət mərkəzinin həm də şəriki olan Nofəl Hacıyev vətəndaşlardan alınan 14 milyon manatı “Atlant”ın təmir-tikinti işlərinə yatırmaqda ittiham olunurdu. O isə bu işdə qayınatasını ittiham edirdi.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt