“Ailələrin dağılmasının əsas səbəbkarı valideynlər olur, hər işə qarışırlar”

XƏBƏR XƏTTİ
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzində – FOTOLAR•Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada – FOTOLAR•Prezident Vyetnamın Baş naziri ilə görüşdü – FOTOLAR•“Böyük vədlərlə başlamaq istəməzdim” – Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama•“Atlant”ın rəhbəri vəfat etdi•Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı – Axtarış aparılır•Həkimin villasında dava – Bağban 74 yaşlı sürücünü bıçaqladı•“Ailələrin dağılmasının əsas səbəbkarı valideynlər olur, hər işə qarışırlar”•Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzində – FOTOLAR•Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada – FOTOLAR•Prezident Vyetnamın Baş naziri ilə görüşdü – FOTOLAR•“Böyük vədlərlə başlamaq istəməzdim” – Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama•“Atlant”ın rəhbəri vəfat etdi•Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı – Axtarış aparılır•Həkimin villasında dava – Bağban 74 yaşlı sürücünü bıçaqladı•“Ailələrin dağılmasının əsas səbəbkarı valideynlər olur, hər işə qarışırlar”•

Xalq şairi, “Şərəf” ordenli Vahid Əziz ailələrin dağılmasının səbəblərindən danışıb.

Mecra.az xəbər verir ki, şair bu barədə ASAN TV-yə müsahibəsində fikirlərini bölüşüb.
Vahid Əziz hesab edir ki, yeni ailə quran cütlüklər valideynlərindən ayrı yaşamalıdırlar. Onun sözlərinə görə, qayınana və qayınataların ailənin daxili işlərinə müdaxiləsi münasibətlərə mənfi təsir göstərir:
“Mənə elə gəlir ki, evlənənlər ailədən uzaq olsunlar. Həm qız, həm oğlan ata-ana evindən nə qədər uzaq yaşasalar, ailələri bir o qədər möhkəm olar. Ailələrin dağılmasının əsas səbəbkarı qayınanalar, valideynlər olur. Hər işə qarışırlar. Cavan ailədir də… Uşaq yıxılır, baba-nənənin ürəyi yanır, ata-ananın vecinə deyil. Bir-iki dəfə, axırda deyir ki, bəsdir. Ailələrin möhkəm olması üçün ayrı qalsınlar.
Valideynlər ailənin daxili işinə az qarışsa, daha möhkəm olar. Atanı, ananı çox istəyirsənsə, evləndiyin qızın ata-anasını söymə. Öz doğmalarını çox istəyirsənsə, qızın da ailəsini təhqir etmə. Qız da öz valideynlərini çox istəyirsə, evləndiyi oğlanın qohumlarını lağa qoymasın”. (Bakupost)
Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt