Ağdam qəhrəman şəhərdir

XƏBƏR XƏTTİ
Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Noyabrın 20-si Ağdam Şəhəri Günüdür•Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Noyabrın 20-si Ağdam Şəhəri Günüdür•

Noyabrın 20-si Ağdam Şəhəri Günüdür. Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin imzaladığı müvafiq 31 iyul 2023-cü il tarixli  Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.

Müharibə ilə bağlı, əlbəttə ki, çox danışmaq olar. Çünki bu ədalət savaşı şanlı tariximizdir, bu tarix dərindən öyrənilir və əbədi olaraq yaddaşımızda qalacaq, Ancaq bu gün biz daha çox gələcəklə bağlı danışmalıyıq.

Bu müharibəni, Qələbəni udmaqda qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq.

İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Buna görə də şəhərin gələcək inkişaf planlarında, ilk növbədə, yaşayış binalarının inşası, insanların doğma yurda qayıdışı, onlar üçün  iş yerlərinin açılması mühüm vəzifə hesab edilir.

İndi bu sahədə möhtəşəm tədbirlər həyata keçirilir.  Qafqazın Xirosimasını xatırladan  xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir; Həmin məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Yaxın gələcəkdə Ağdam Azərbaycanın dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır.

Ağdamın azadlığı uğrunda canından keçən Vətən övladlarının fədakarlığı heç vaxt unudulmayacaq.

 

                                                                                                               Yaqub Həsənov,

                                                         Cəlilabad rayonunda məskunlaşmış Ağdam  rayon sakini

 

 

 

 

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt