Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən edilmişdir.
Vaxtilə Azərbaycanın görkəmli şəxsiyyətlərinin təməlini qoyduğu qədim tarixi şəhəri düşmən xarabalığa çevirsə də, bu gün yeni Ağdamın adı cənab İlham Əliyevin adı ilə tarixə yazılıb..
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
Biz qələbəni döyüş meydanında qazandıq. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını bizə siyasi yollarla qaytarılsın. Ağdamın işğaldan azad edilməsi, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan xalqının iradəsi və qəhrəman ordusunun gücü ilə əldə edilən bir qələbədir.
Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən, Ağdamda böyük bərpa-quruculuq işləri aparılır. Ağdama yeni nəfəs, yeni həyat qayıdır. Ölkəmizin bütün vətəndaşları kimi dərin inamla deyrik: Ağdam şəhəri yalnız tarixi və mədəni irsini qorumaqla kifayətlənməyəcək, həm də Azərbaycanın inkişaf edən və müasir bir bölgəsinə çevriləcəkdir. Qarabağ və Azərbaycanın digər işğaldan azad olunmuş əraziləri, yeni infrastruktur, müasir yaşayış şəraiti və güclü iqtisadiyyatla dirçəldiləcəkdir.
Arif Nəcəfov,
Cəlilabad Rayon Statistika İdarəsinin rəisi