Sabahın havası

XƏBƏR XƏTTİ
Paytaxtın bu yolları bağlı olacaq•Ət bazarında qiymətlər niyə dayanmadan artır? – VİDEO•Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Paytaxtın bu yolları bağlı olacaq•Ət bazarında qiymətlər niyə dayanmadan artır? – VİDEO•Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•

Avqustun 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Mecra.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt