Azərbaycan-Kamboca münasibətləri inkişaf yolundadır

XƏBƏR XƏTTİ
Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Azərbaycan-Kamboca əlaqələri dərinləşir•Beynəlxalq platformalarda uğurlu tərəfdaşlıq•Birgə təşəbbüslər aktuallaşır•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Azərbaycan-Kamboca əlaqələri dərinləşir•Beynəlxalq platformalarda uğurlu tərəfdaşlıq•Birgə təşəbbüslər aktuallaşır•

Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. Prezident İlham Əliyev 12 oktyabr tarixində mətbuata bəyanatında dediyi kimi, Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik.

Həmçinin 12 il bundan əvvəl, keçmiş Baş nazir, hazırda isə Senatın sədri ilə Azərbaycanda keçirilən görüş yaddan çlxmaylb. Bu, siyasətimizin davamıdır. Biz yaxşı dost və tərəfdaşıq.

Bu dəfəki görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq. Biz, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Göstərilib ki, Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil almışdır. Hesab edirik ki, bu ənənəni bərpa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək.

Deməli, Asiya və Avropa arasında yerləşən Azərbaycan, əlbəttə ki, bağlantıların təmin edilməsində öz rolunu oynayır.

Özal Kazımov,

Cəlilabad RİH-nin əməkdaşı                                                                                                     

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt