“Ata, sən tikdiyin evdə yatıram…” – Vasif Əlihüseynin atasına yazdığı şeir

XƏBƏR XƏTTİ
“Ata, sən tikdiyin evdə yatıram…” – Vasif Əlihüseynin atasına yazdığı şeir•Sabiq vəzifəli şəxs vəfat etdi•Qəfil ölümlər artır, səbəblər isə araşdırılmır: Statistika niyə aparılmır?•29 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Vilyam Hacıyev danışdı – Azadlıqda ilk fotosu•Cəlilabadda tanınmiş şair vəfat etdi – FOTO•Cəlilabadda müəllimlərlə görüş keçirildi – FOTOLAR•Prezidentdən Əhməd Vəliyevlə bağlı – Sərəncam•“Ata, sən tikdiyin evdə yatıram…” – Vasif Əlihüseynin atasına yazdığı şeir•Sabiq vəzifəli şəxs vəfat etdi•Qəfil ölümlər artır, səbəblər isə araşdırılmır: Statistika niyə aparılmır?•29 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Vilyam Hacıyev danışdı – Azadlıqda ilk fotosu•Cəlilabadda tanınmiş şair vəfat etdi – FOTO•Cəlilabadda müəllimlərlə görüş keçirildi – FOTOLAR•Prezidentdən Əhməd Vəliyevlə bağlı – Sərəncam•

Şair-jurnalist Vasif Əlihüseyn noyabrın 23-də 66 yaşında dünyasını dəyişən atası Əlifağa Əlihüseynovun xatirəsinə şeir yazıb.

Mecra.az həmin şeiri təqdim edir:

Hər gecə yuxuda əlin tuturam,
Qalmışam bitməyən həsrətin altda.
Ata, sən tikdiyin evdə yatıram,
Sənsə mən qazdığım torpağın altda.

Bu evin hər daşı əlinin izi,
Hər küncdə nəfəsin, o səsin qalıb.
Sən belə böyütdün qoruyub bizi,
Mənimsə əlimdə tək qəbrin qalıb.

İsti ocağına isinir canım,
Nə dedik, istədik dedin baş üstə.
Dünyaya hədərə gəlməmişdin sən,
Gəlmişdin qoymağa daşı daş üstə.

Anamla qoşadı qəbirləriniz,
Bəxtəvər başına, bəxtdən yarıyın.
Sizə nə söyləyim, nə arzulayım?!
Təki siz orda da qoşa qarıyın.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt