Bakı-Qars küçəsinin hər iki tərəfində yol kənarındakı obyektlərə bir neçə gün əvvəl nömrələr vurulub.
Mecra.az xəbər verir ki, söhbət Binəqədi rayonu, 7-ci mikrorayonda, keçmiş Abay Kunanbayev küçəsində yerləşən qeyri-yaşayış sahələrindən gedir.
Obyektlərin nömrələnməsi ərazidə söküntünün aparılacağına dair suallar yaradıb.
Agentliyin məlumatına görə, təsdiqlənən layihə əsasında yol üçün ayrılan zolağın sərhədləri müəyyənləşdirilir. Həmin zolağa düşən hər obyektə ayrıca inventar nömrəsi verilir. Növbəti mərhələdə obyektlərin daxili və xarici ölçüləri götürülür. Kadastr və qiymətləndirmə məlumatları həmin nömrə ilə obyektə bağlanır. Əmlakın alınması, kompensasiya və söküntü ilə bağlı məsələlər isə sonrakı mərhələlərdə rəsmiləşdirilir.
Daha ətraflı “Xəzər TV”nin videomaterialında: