Azərbaycanla Kamboca arasında iqtisadi əlaqələrin inkişafı prioritetdir

XƏBƏR XƏTTİ
Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Azərbaycan-Kamboca əlaqələri dərinləşir•Beynəlxalq platformalarda uğurlu tərəfdaşlıq•Birgə təşəbbüslər aktuallaşır•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Azərbaycan-Kamboca əlaqələri dərinləşir•Beynəlxalq platformalarda uğurlu tərəfdaşlıq•Birgə təşəbbüslər aktuallaşır•

Azərbaycan dövlətinin xarici siyasəti açıq siyasətdir: “Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlıdır. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlər yaxşı olanda çoxtərəfli münasibətlər inkişaf edir. Kamboca krallığı ilə münasibətlərin inkişafı ilk növbədə Azərbaycanın milli maraqları kontekstində maraqlıdır. Belə ki, ölkəmizlə bağlı məsələlərin müzakirəsi zamanı digər dövlətlər kimi, BMT-də bir səsə malik olan Kambocanın dəstəyi önəmli ola bilər. Kamboca dünya siyasətində xüsusi çəkiyə malik olmasa da, Azərbaycanın həllini gözlədiyi məsələlərlə bağlı mövqe bildirə bilər. Bundan başqa, Kamboca ilə ticarət, iqtisadi əlaqələrin inkişafı ilə bağlı potensial var.

Prezident İlham Əliyevin oktyabrın 12-də Kambocanın Baş naziri Hun Manetlə görüşündə bildirdiyi kimi, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq.

Ümid edirik ki, Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək.

Rauf Nəzərov, Cəlilabad RİH-nin əməkdaşı

                                                              

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt