“Azərbaycan xalqı üçün 44 həmin rəqəmlərdəndir”

XƏBƏR XƏTTİ
Seyfəddin Qəndilovun oğlu vəfat etdi – FOTO•“Azərbaycan xalqı üçün 44 həmin rəqəmlərdəndir”•63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur – FOTO•İlham Əliyev adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib – FOTOLAR•Məktəbdəki yanğına görə 6 nəfər saxlanıldı – Beşi şagirddir•Bir il öncə ürək köçürülən gənc vəfat etdi – FOTO•Sabah 29° isti olacaq•“Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır”•Seyfəddin Qəndilovun oğlu vəfat etdi – FOTO•“Azərbaycan xalqı üçün 44 həmin rəqəmlərdəndir”•63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur – FOTO•İlham Əliyev adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib – FOTOLAR•Məktəbdəki yanğına görə 6 nəfər saxlanıldı – Beşi şagirddir•Bir il öncə ürək köçürülən gənc vəfat etdi – FOTO•Sabah 29° isti olacaq•“Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır”•

“Elə rəqəmlər var ki, zamanla yaddaşlarda rəmzə çevrilir. Azərbaycan xalqı üçün 44 həmin rəqəmlərdəndir. Çünki bu rəqəm özündə təkcə işğal olunmuş torpaqların qaytarılmasını deyil, həm də milli ruhun, milli heysiyyətimizin oyanışını və yüksəlişini ehtiva edir. 44 rəqəmi bizim üçün həm də qalibiyyətlə bitən Vətən müharibəsinin, hamımıza əziz olan ZƏFƏR və qalibiyyətin rəmzidir. Bəlkə bu səbəblərdəndir ki, neçə vaxtdan bəri haqqında çox danışılan “44” bədii filminin böyük ekranlara çıxmasını səbirsizliklə gözləyirdik.

Nəhayət, dünən (oktyabrın 12-də) Heydər Əliyev Mərkəzində filmin ictimaiyyət üçün geniş təqdimatı oldu. Xeyli tanınmış adam dəvət edilmişdi. Şəhid analarının, müharibə iştirakçılarının, qazilərin premyaraya dəvət olunması isə tamam başqa-həyəcan dolu ovqat yaradırdı.Filmə nəfəs dərmədən baxdıq, reallığa söykənən mürəkkəb dramaturji xəttini, dinamikasını, aktyor oyununu, gerçəklik havası yaradan dramatik və çox təsirli səhnələri, inandırıcı döyüş epizodlarını, həyat, Vətən və ölüm dilemmalarının bədii həllini, ümumən filmin ssenarisini, rejissurasını, musiqisini, səs tərtibatını, operator və rəssam işini çox bəyəndik.

Əsas odur ki, film yaxşı alınıb və zövqlə baxılır. Ona görə də belə hesab etmək olar ki, tamaşaçıya “əsir torpağın göz yaşı Zəfərlə silinər” ideyasını təlqin edən “44” bədii filmi Qarabağ savaşı, Azərbaycan xalqının Vətən müharibəsindəki kütləvi qəhrəmanlığı haqqında çəkilmiş ən yaxşı ekran əsərlərindən biri kimi milli yaddaşımızın zənginləşməsinə xidmət edir. Onu da deyim ki, filmin təqdimatı da elə filmin özü qədər çox incə və həssaslıqla hazırlanmışdı. Əvvəldəki musiqi uvertürası və filmə baxışdan sonra olan səmimi çıxışlar təqdimatın təsirini qat-qat artırırdı.

P.S. Gənc nəslə vətənpərvərlik ruhu aşılayan, tarixi yaddaşın qorunub saxlanmasına xidmət edın “44” bədii filmi yaxlnlarda kino-teatrlarda kütləvi nümayişə çıxarılacaq.

Qulu Məhərrəmli, professor

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt