Beynəlxalq müstəvidə fəal tərəfdaşlıq edən Azərbaycan və Kamboca qlobal təşkilatlar çərçivəsində bir-birinin mövqeyini müntəzəm və qətiyyətlə dəstəkləyirlər. Dövlətlərarası siyasi dialoqun yüksək səviyyəsini dəyərləndirən Prezident İlham Əliyevin iki ölkənin yaxşı dost və tərəfdaş olduğunu qeyd edib: “Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik”. Bu, ölkələr arasındakı diplomatik münasibətlərin yalnız çoxtərəfli platformalarla məhdudlaşmadığını, həm də ikitərəfli formatda daha dinamik xarakter aldığını göstərir. Qarşılıqlı siyasi iradə və həmrəylik Bakı ilə Pnompen arasında bütün sahələr üzrə əməkdaşlığın gələcəkdə daha da dərinləşməsi üçün etibarlı zəmin yaradır.
Prezident İlham Əliyevin oktyabrın 12-də Kambocanın Baş naziri Hun Manetlə görüşündə vurğuladığı kimi, məmnunluq ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur. Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminik ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər.
Ən əsas məsələ budur ki, Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi və sabitliyi davamlı inkişafın əsas və dəyişməz şərti hesab edirlər.
Elxan Xudaşlı,
Cəlilabad RİH-nin əməkdaşı