Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

XƏBƏR XƏTTİ
Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Azərbaycan-Kamboca əlaqələri dərinləşir•Beynəlxalq platformalarda uğurlu tərəfdaşlıq•Birgə təşəbbüslər aktuallaşır•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Azərbaycan-Kamboca əlaqələri dərinləşir•Beynəlxalq platformalarda uğurlu tərəfdaşlıq•Birgə təşəbbüslər aktuallaşır•

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır.

 Mecra.az xəbər verir ki, 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək miq.edu.az/muavin keçidi vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra onlar müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibəyə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar.

Müsahibə mərhələsində iddiaçılar aşağıdakı bacarıqlar üzrə qiymətləndiriləcəklər:

Liderlik və strateji idarəetmə

Pedaqoji və tədris

İdarəçilik və təşkilatçılıq

Ünsiyyət və əlaqə

Problemlərin həlli və qərarvermə

Rəqəmsal və texnoloji

Sosial və emosional bacarıqlar

Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt