Cəlilabadda tapılan sirli daş kürə dünya alimlərinin diqqətində – FOTO

XƏBƏR XƏTTİ
Ət bazarında qiymətlər niyə dayanmadan artır? – VİDEO•Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Azərbaycan-Kamboca əlaqələri dərinləşir•Ət bazarında qiymətlər niyə dayanmadan artır? – VİDEO•Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Azərbaycan-Kamboca əlaqələri dərinləşir•

Amerikanın Arxeologiya İnstitutunun nüfuzlu “Archaeology Magazine” elmi jurnalında Cəlilabad rayonunda tapılan daş kürə barədə məqalə dərc olunub.

Mecra.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudova məlumat verib.

Məqalədə daş kürənin Cənubi Qafqazda indiyə qədər tapılmış heç bir əşyaya bənzəmədiyinə diqqət çəkilib və onun ritual funksiyası daşımış ola biləcəyi bildirilib.

Xatırladaq ki, tapıntı iyul ayında Vəfa Mahmudovanın rəhbərliyi ilə Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb. Daha əvvəl sözügedən tapıntı barədə Böyük Britaniyanın elmi-populyar nəşrlərindən biri olan “Heritage Daily”də məqalə yayımlanmışdı.

Hər iki məqalə “Report” İnformasiya Agentliyinə istinadən yayımlanıb (Report).

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt