Agentlik tərəfindən maliyyələşdirilən layihədən uğurlu nəticələr gözlənilir-FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə QHT koalisiyası tərəfindən  “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) rəhbərliyi vasitəsilə Beyləqan rayonunda həyata keçirilən   “Vətən müharibəsi iştirakçılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək” layihəsinin icrası uğurla davam edir.Layihədə nəzərdə tutulduğu kimi, beş Vətən Müharibəsi Qazisinin həyətyani sahəsində damcılı suvarma ilə təchiz olunmuş  istixanalar quraşdırılmışdır. Artıq məhsulun yetişməsi və yığımı gözlənilir.

 

İstixana quraşdırılması üzrə layihə hədəf qrupu aşağıdakı üzrədir:

Faydalanan qazi Hədəf ərazi
1 Səfərov Orxan Şamil oğlu Beyləqan şəhəri
     
2 Həsənov Orxan Həsən oğlu Beyləqan şəhəri
3 Əliyev Əmrah Natiq oğlu Beyləqan rayonu, Əlinəzərli kəndi
4 Quliyev Türkay Səxavət oğlu Yeni Xocavənd qəsəbəsi
5 Quliyev Elgün Niyazi oğlu Füzuli-Qayıdış 3
Əhmədov Yusif Sadalı oğlu Füzuli-Qayıdış 3

 

Qeyd: Quliyev Elgün və Əhmədov Yusifin təkliflərinə əsasən hər ikisinin istifadəsi üçün bir ədəd istixana quraşdırıldı.

Vətən Müharibəsi Qaziləri üçün  qurulmuş 5 ədəd hər biri 5m X 20 m ölçülü istixanalarda pomidor şitillərinin inkişafı norma üzrə davam edir. İstixanalarda bitkilərin inkişafı əladır. Pomidor çiçəkləmə fazasından barvermə  fazasına keçmişdir. Xiyar əkənlər isə artıq iki həftədir ki, məhsuldan istifadə edirlər. Paralel olaraq hədəf faydalananlara hər biri 10 nəfərdən ibarət 2 qrupda fərdi təsərrüfatın səmərəli inkişafına dair  bacarıqlarının artırılması üzrə 3 mövzuda -“Tərəvəzçiliyin örtülü sahədə təşkili”, “Marketinq- davamlı bazar araşdırmaları” və “Ailə büdcəsinin səmərəli idarə olunması” təlimləri keçirilmişdir. Təlimlər geniş bilik və təcrübəyə malik olan təlimçi Mehman Əliyev tərəfindən keçirilmişdir.

 

Həmçinin “Şəfa” Psixoloji-sosial yardım İctimai Birliyinin psixoloqları tərəfindən fəaliyyət planına uyğun olaraq Qazilərə yerində fərdi qaydada psixoloji xidmət tədbirləri keçirilmişdir.

20 may 2023-cü il tarixdə Beyləqan RİH başçısı aparatının “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi”nin müdir müavini, aqrar elmləri üzrə fəlsəfə doktoru Elman Süleymanov və Beyləqan rayon DAİM-nin bitkiçilik üzrə məsləhətçisi, Beyləqan peşə məktəbinin bitki mühafizəsi qrupunun müəllimi Seyfəddin Allahverdiyev istixanalara səfər etdilər. Görülən işləri çox bəyəndilər və layihə faydalananlarına daha yüksək məhsuldarlıq əldə edilməsinə  dair zəruri məsləhətlər verdilər.

 

Növbəti mərhələdə layihənin fəaliyyət planında nəzərdə tutulmasa da  faydalananların çarpaz görüşünün keçirilməsi planlaşdırılır.

Layihənin icrası çoxsaylı media platformalatında ictimailəşdirildiyi üçün AİİB-ə Respublikanın digər rayonlarından da müraciətlər olunur və uyğun layihənin digər Vətən müharibəsi iştirakçılarının həyətyanı sahələrində quraşdırılması istənilir.

Vətən müharibəsi iştirakçılarının  məşğulluğunun təmini, və gəlirlərinin artmasına cüzi də olsa təsir edə bilən bu layihənin digər Vəətən müharibəsi iştirakcılarının həyətyanı sahəsində icrasında AİİB-in rəhbərliyi iki QHT koalisiyasında  təmsil olunan  layihə əməkdaşları təmənnasız olaraq istənilən biznes qurumuna, Qeyri-Hökumət təşkilatına kömək etməyə hazırdır!

 

Layihənin rəhbəri: Eyyub Hüseynov

PAGE TOP