Tarixə zəfər yazan Azərbaycan ordusu

XƏBƏR XƏTTİ
Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib – Video+Fotolar•Prezident Aleksandr Oşpelti qəbul etdi – FOTOLAR•Cəlilabadda anım günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Prezidentin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakından görüntülər•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib – Video+Fotolar•Prezident Aleksandr Oşpelti qəbul etdi – FOTOLAR•Cəlilabadda anım günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Prezidentin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakından görüntülər•

Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı

2020-ci il sentyabrın 27-dən başlanan  Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri hansı gücə qadir olduğunu göstərdi.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Bu zəfərlə dövlətçilik tariximizin  ən şərəfli səhifələrini yazan  Azərbaycan faşist ideologiyasına əsaslanan Ermənistanın 30 illik işğalına son qoymaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Silahlı Qüvvələri öz adını dünya hərb tarixinə qalib ordu kimi həkk etdirdi.

Azərbaycan Ordusu döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdi. Beləliklə, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu.

Bu Qələbə həqiqətlərə də yeni işıq saldı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. İşğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə addımlaya bilməyib. Möhtərəm Prezident, Müzəffər  Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.

Hazırda ordu quruciluğu sahəsində qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezidentimiz cənab  İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.

Arif Abdullayev,

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Rəşad Abdullayevin atası

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt