Ermənistan ərazisində saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi ittiham aktı ilə məhkəməyə göndərilib.
Oxu.Az-ın “News.am” saytına istinadən xəbərinə görə, bu barədə Ermənistan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, işə Sünik Məhkəməsində baxılacaq.
Xatırladaq ki, oktyabrın 1-də yerli vaxtla saat 14:15-də (Bakı vaxtı ilə eyni vaxtda – red.) Azərbaycan əsgəri Nəsimi Musayev Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.
Şəki (Zəngəzur) kəndi istiqamətində ərazidə naməlum şəraitdə sərhədi keçən hərbçi 2 ay müddətinə həbs edilib.