Daha bir vəkil həbs edildi

XƏBƏR XƏTTİ
Daha bir vəkil həbs edildi•AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq – Rəsmi•“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində əməliyyat – Uçuş aparatı zərərsizləşdirildi – VİDEO•Bakıda külək hasarı aşırdı – Qadın daşların altında qalıb öldü•Məktəblərdə payız tətili başladı•“Başı ağrıyırmış, hamama gedib…” – Yataqxanada tələbənin ölümünün təfərrüatı – Foto/Video•Güclü külək Xırdalanda beş avtomobilə ziyan vurdu – VİDEO•Prezidentin 1 həftəsi… – VİDEO•Daha bir vəkil həbs edildi•AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq – Rəsmi•“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində əməliyyat – Uçuş aparatı zərərsizləşdirildi – VİDEO•Bakıda külək hasarı aşırdı – Qadın daşların altında qalıb öldü•Məktəblərdə payız tətili başladı•“Başı ağrıyırmış, hamama gedib…” – Yataqxanada tələbənin ölümünün təfərrüatı – Foto/Video•Güclü külək Xırdalanda beş avtomobilə ziyan vurdu – VİDEO•Prezidentin 1 həftəsi… – VİDEO•

Azərbaycanda daha bir vəkil həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub.

9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq-təkrar törədildikdə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

Vəkil hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, 2 gün əvvəl də vəkil Raman Abışov həbs edilmişdi. O, hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt