Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var

XƏBƏR XƏTTİ
Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•Ceyrançöldə sursat partladı – Ölən var+Yenilənib•Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi•Sürücülərin nəzərinə!•Yataqxanada meyiti tapılan Elvira ilə bağlı – ATU-dan açıqlama•Gənc həkim infarktdan öldü•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•Ceyrançöldə sursat partladı – Ölən var+Yenilənib•Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi•Sürücülərin nəzərinə!•Yataqxanada meyiti tapılan Elvira ilə bağlı – ATU-dan açıqlama•Gənc həkim infarktdan öldü•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•

Naxçıvanın Ordubad rayonunda sərnişin avtobusu aşıb.

Mecra.az “Report”a istinadən xəbər verir ki, 11 nəfərin xəsarət aldığı yol-nəqliyyat hadisəsi rayonun Dırnıs kəndində baş verib.

Hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci il təvəllüdlü Sura Möhsünlü, 1967-ci il təvəllüdlü Sara Məmmədova, 1979-cu il təvəllüdlü Raidə Əliyeva, 1992-ci il təvəllüdlü Gülşad Tağıyeva, 1966-cı il təvəllüdlü Cəmilə Tağıyeva, 1955-ci il təvəllüdlü Validə Həsənova və 1977-ci il təvəllüdlü Gülər Hacıyeva yaralanıblar.

İlkin məlumata görə, xəsarət alan şəxslər yas mərasimində iştirak etmək üçün yola düşərkən qəzaya uğrayıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt