Yataqxanada meyiti tapılan Elvira ilə bağlı – ATU-dan açıqlama

XƏBƏR XƏTTİ
Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi•Sürücülərin nəzərinə!•Yataqxanada meyiti tapılan Elvira ilə bağlı – ATU-dan açıqlama•Gənc həkim infarktdan öldü•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi•Sürücülərin nəzərinə!•Yataqxanada meyiti tapılan Elvira ilə bağlı – ATU-dan açıqlama•Gənc həkim infarktdan öldü•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•

Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb.

Mecra.az xəbər verir ki, açıqlamada deyilir:

“Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib.

Universitet rəhbərliyi baş vermiş hadisədən dərin hüzn keçirir və mərhumun ailəsinə, yaxınlarına başsağlığı verir.

Hadisənin səbəbləri ilə bağlı rəsmi məlumat əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Xahiş edirik, araşdırmanın obyektivliyinə və ailənin həssas vəziyyətinə hörmətlə yanaşılsın.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun!

Elviranın əziz xatirəsi müəllimləri və tələbə yoldaşlarının yaddaşında hər zaman çalışqan, fəal, pozitiv və mərhəmətli gənc kimi əbədi yaşayacaq!

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt