Prokuror general qızı haqda qərardan protest verdi

XƏBƏR XƏTTİ
Prokuror general qızı haqda qərardan protest verdi•“Azərbaycan və Birləşmiş Krallıq arasında bu günədək 30-a yaxın sənəd imzalanıb”•Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək – Prezident təsdiqlədi•Vətən müharibəsi qazisi dəm qazından boğuldu – FOTO•Qədəşovun kürəkəninə 11 il həbs – “Atland” müsadirə edildi•Biləsuvarda şagirdlərin həyatına təhlükə yaradan avtoxuliqan həbs edildi – VİDEO•ABŞ Səfirliyi avtomobillərini satışa çıxardı – FOTOLAR•Bakıda bu ərazidə evi olanlara ŞAD XƏBƏR-VİDEO•Prokuror general qızı haqda qərardan protest verdi•“Azərbaycan və Birləşmiş Krallıq arasında bu günədək 30-a yaxın sənəd imzalanıb”•Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək – Prezident təsdiqlədi•Vətən müharibəsi qazisi dəm qazından boğuldu – FOTO•Qədəşovun kürəkəninə 11 il həbs – “Atland” müsadirə edildi•Biləsuvarda şagirdlərin həyatına təhlükə yaradan avtoxuliqan həbs edildi – VİDEO•ABŞ Səfirliyi avtomobillərini satışa çıxardı – FOTOLAR•Bakıda bu ərazidə evi olanlara ŞAD XƏBƏR-VİDEO•

Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, protest artıq məhkəməyə təqdim edilib.

Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımın azadlıqda qalmasına razı deyil. İstintaqdan yayınma, tərəflərə təsir ehtimalları da əsas götürülərək general qızının həbs edilməsi tələb olunur.

Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, bu iş üzrə şikayətçi də ehtiyatda olan general-mayor –  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Ceyhun Rzayevdir. İttihama görə, T.Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə C.Rzayevdən külli miqdarda pul alıb.

Ötən həftəsonu Sumqayıt Şəhər Məhkəməsi Türkər Əliyevanın həbs olunması ilə bağlı təqdimatı təmin etməyib. Hakim onun təkbaşına böyütdüyü üçü azyaşlı, biri yetkinlik yaşına çatmayan övladının olmasını, dəymiş ziyanın bir qismini ödəməsini əsas götürüb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt