Qədəşovun kürəkəninə 11 il həbs – “Atland” müsadirə edildi

XƏBƏR XƏTTİ
Vətən müharibəsi qazisi dəm qazından boğuldu – FOTO•Qədəşovun kürəkəninə 11 il həbs – “Atland” müsadirə edildi•Biləsuvarda şagirdlərin həyatına təhlükə yaradan avtoxuliqan həbs edildi – VİDEO•ABŞ Səfirliyi avtomobillərini satışa çıxardı – FOTOLAR•Bakıda bu ərazidə evi olanlara ŞAD XƏBƏR-VİDEO•Daha bir vəkil həbs edildi•AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq – Rəsmi•“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində əməliyyat – Uçuş aparatı zərərsizləşdirildi – VİDEO•Vətən müharibəsi qazisi dəm qazından boğuldu – FOTO•Qədəşovun kürəkəninə 11 il həbs – “Atland” müsadirə edildi•Biləsuvarda şagirdlərin həyatına təhlükə yaradan avtoxuliqan həbs edildi – VİDEO•ABŞ Səfirliyi avtomobillərini satışa çıxardı – FOTOLAR•Bakıda bu ərazidə evi olanlara ŞAD XƏBƏR-VİDEO•Daha bir vəkil həbs edildi•AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq – Rəsmi•“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində əməliyyat – Uçuş aparatı zərərsizləşdirildi – VİDEO•

“Təbriz” MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Şəlalə Həsənovanın sədrlik etdiyi məhkəmə tərkibi müttəhimi verilmiş ittihamlarla təqsirli hesab edib.

Hökmə əsasən N.Hacıyev 11 il 6 ay azadlıqdan məhrum edilib. T.Məhəmmədova isə şərti cəza verilib. Bundan əlavə, üzərinə həbs qoyulmuş Nabranda yerləşən “Atlant” İstirahət Mərkəzi müsadirə edilib.

Məlumatı vəkil Ceyhun Yusifov saytımıza təsdiq edib.

Qeyd edək ki, Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı “Atlant”ın təmir-tikinti işlərinə yatırıb. Nofəl isə bu işdə qayınatası T.Qədəşovu ittiham edirdi. Onlar istirahət mərkəzinə şərik olublar.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt