Güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətdə mühüm uğurlar qazanan, regionda və dünyada nüfuzu artan Azərbaycanın inkişaf modelinə beynəlxalq maraq artmaqdadır. Təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri, siyasi xadimləri, ayrı-ayrı nəşrlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti yüksək qiymətləndirirlər.
Sentyabrın 27-də faşist Ermənistanın növbəti təxribatından və onların bütün cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində başlanan Vətən Müharibəsi Ali Baş Komandanımızın diplomatik siyasəti, Güclü Ordumuzun və rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə düz 44 gün ərzində 30 il işğal altında olan həsrətində olduğumuz torpaqlarımız özümüzə qaytarıldı. Bu xalq-iqidar-ordu birliyinin, xalqın, ordunun öz Liderinə inamının qələbəsidir. Çünk Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı diplomatik siyasəti düzgün siyasətdir, ölkə Prezidentimizin uğurlu siyasəti haqq işidir! Ali Baş Komandanın əmrini icra etmiş Azərbaycan Ordusu və rəhbərin ətrafında birləşmiş xalq. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi.
Dövlətimizin başçısı İlham Əliyevin istər yerli televiziya kanallarına və mətbuatına, istər xarici mteleviziya kanallarına və mətbuatına, istəsə də xalqa müraciətlərində səsləndirdiyi hər bir bəyanatda 30 ilə yaxın müddətdə dünya dövlətlərinin siyasi iradə ortaya qoymamalarının yol açdığı sual doğuran və dəqiq cavabını axtaran məqamlar öz əksini tapıb. Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki, zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür.
Ümumiyyətlə, Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı keçirilən bütün sorğuların nəticələri həmişə yüksək rəqəmlərlə müşahidə olunur.
Emil Şəmmədov,
Cəlilabad RİH-nin əməkdaşı, ll dərəcəli Vətən müharibəsi əlili