Masallı rayon sakini Reyhanə Bağırova yaşadığı Xəlfələr kəndinə qaz xəttinin çəkilməməsindən şikayətçidir.
Mecra.az-ın məlumatına görə, müraciətində o qeyd edib ki, kəndə təbii qaz xəttinin çəkiləcəyi ilə bağlı dəfələrlə vəd verilsə də, indiyədək bu istiqamətdə heç bir iş görülməyib.
Onun sözlərinə görə, Xəlfələr kəndindən yuxarıda yerləşən ərazilərə qədər xətlər çəkilib:
“Bizim kənd nisbətən aşağıdadır. Yuxarıdakı digər kəndlərə qaz xətti çəkilib. Bizə hər dəfə kəndə qaz çəkiləcəyi deyilir, lakin heç bir iş görülmür. Bu tərəfdən çox əziyyət çəkirik. Belə soyuqda istilik yoxdur. Əsas əziyyəti biz qadınlar çəkirik, çör-çöplə, təzəklə ev qızdırırıq”. (Oxu.az)