Eksternat imtahanları üçün sənəd qəbulu başlayır

XƏBƏR XƏTTİ
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•Masallıda narazılıq: “Təzəklə ev qızdırırıq” – VİDEO•Eksternat imtahanları üçün sənəd qəbulu başlayır•Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı – Sərəncam•“Böyük Qayıdış” layihələrində yarım milyard manatlıq vəsait istifadə olunmayıb•10° şaxta olacaq – Sabahın havası•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•Masallıda narazılıq: “Təzəklə ev qızdırırıq” – VİDEO•Eksternat imtahanları üçün sənəd qəbulu başlayır•Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı – Sərəncam•“Böyük Qayıdış” layihələrində yarım milyard manatlıq vəsait istifadə olunmayıb•10° şaxta olacaq – Sabahın havası•

Eksternat təhsil üzrə keçiriləcək imtahanlar üçün sənəd qəbuluna başlanılır.

Mecra.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, 16 noyabr 2026-cı il tarixindən eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədinin əldə edilməsi məqsədilə sənəd qəbuluna başlanılır.

Sənəd qəbulu prosesi 18 dekabr 2026-cı ilədək müvafiq təhsil üzrə yerli idarəetmə bölməsinə ünvanlanmış ərizə, doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti, fotoşəkil, yaşayış yerindən arayış, əvvəllər təhsil aldığı müəssisədən alınan təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayışın surəti, hərbi biletin surəti, həmçinin tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın notariat qaydasında təsdiq olunmuş surətinin təqdim edilməsi ilə həyata keçirilir.

Qeyd edək ki, eksternat təhsil üzrə keçiriləcək imtahanlarda yaşı ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün isə 18-dən aşağı olmayan namizədlər iştirak edə bilərlər.

Eksternat təhsilalma formasının tətbiqində məqsəd müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaqdır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt