Prezident Aleksandr Oşpelti qəbul etdi – FOTOLAR

XƏBƏR XƏTTİ
“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb.

Mecra.az xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə, o cümlədən qış idman növü üzrə yarışlara uğurla ev sahibliyi etdiyi xatırlanaraq, bu xüsusda Bakıda keçirilən Formula 1 yarışlarının da yüksək səviyyədə təşkil olunduğu vurğulandı.

Azərbaycanda müasir qış-xizək infrastrukturunun yaradıldığı qeyd edildi, Beynəlxalq Xizək və Snoubord Federasiyasının xətti ilə “Şahdağ” Turizm Mərkəzində bir sıra nüfuzlu yarışların keçiriləcəyi vurğulandı.

Ötən il Azərbaycanın Dövlət Turizm Agentliyi ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında tərəfdaşlıq haqqında imzalanmış müqavilənin ölkəmizdə qış turizmi və qış idman növləri üzrə potensialın inkişaf etdirilməsi baxımından rolu qeyd olundu.

Görüşdə ölkəmizlə Federasiya arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt