Cəlilabadda anım günü ilə bağlı tədbir keçirildi – FOTOLAR

XƏBƏR XƏTTİ
“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•

26 sentyabr 2026-cı il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Ürəyə köçən işıq” adlı tamaşa nümayiş olunub.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.

Mecra.az xəbər verir ki, tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində 27 Sentyabr – Anım Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Vətən sevgisi, qəhrəmanlıq və şəhidlərimizin müqəddəs xatirəsinin əbədiləşdirilməsi mövzusunda hazırlanan tamaşa qazi İsmayıl Hüseynovuna həsr edilib.

Tamaşada Vətən uğrunda canından keçən qəhrəmanların və sağlamlığını itirərək bu gün də Vətənə xidmət edən qazilərimizin keçdiyi şərəfli yol, onların göstərdiyi fədakarlıq və gənc nəsilə örnək olan həyat yolu bədii şəkildə nümayiş etdirilib.

“Ürəyə köçən işıq” tamaşası izləyicilərdə dərin təəssürat yaradıb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Tədbirin əsas qayəsi Vətən müharibəsi qəhrəmanlarının şərəfli yolunu gələcək nəsillərə çatdırmaq və onların əziz xatirəsini daim yaşatmaq olub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt