Peşə təhsilinə qəbul üzrə 2-ci mərhələnin nəticələri elan olundu

XƏBƏR XƏTTİ
Məktəblərdə 5 günlük tətil olacaq – TARİXLƏR•Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı•Bakıda bu gecədən bəzi yollar tam bağlanacaq•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Prezident yeni SƏRƏNCAM İMZALADI:Nazirlər Kabineti üç ay müddətində•Bu marşrutların hərəkət sxemi dəyişdirildi•Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir – FOTOLAR•Firuzə İbadova iki aydır yataq xəstəsidir – VİDEO•Məktəblərdə 5 günlük tətil olacaq – TARİXLƏR•Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı•Bakıda bu gecədən bəzi yollar tam bağlanacaq•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Prezident yeni SƏRƏNCAM İMZALADI:Nazirlər Kabineti üç ay müddətində•Bu marşrutların hərəkət sxemi dəyişdirildi•Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir – FOTOLAR•Firuzə İbadova iki aydır yataq xəstəsidir – VİDEO•

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin cavabları açıqlanıb.

Mecra.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, ikinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə 23541 nəfər müsabiqədə iştirak edib.

“Ümumilikdə 8791 nəfər müsabiqədən keçib. Müsabiqədən uğurla keçən namizədlər 10 sentyabr 18:00 tarixinədək qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Əvvəlki illərin məzunları üçün attestatın əsli, cari ilin məzunları üçün isə elektron attestatların çap olunmuş nüsxəsi təqdim olunur.

Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir”, – deyə məlumatda qeyd edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt