Azərbaycanlı çobanın Ermənistan ərazisinə keçdiyi iddia olunur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın “NewsTV5” nəşri məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, həmin şəxs aşkar edilib və hazırda Berd şəhərinin hərbi polisində saxlanılır”, – məlumatda deyilir.
Ermənistan Müdafiə Nazirliyi yerli mediaya məsələni şərh etməyib, Milli Təhlükəsizlik Xidməti isə bu barədə məlumata malik olmadıqlarını bildirib.
Tavuş rayonunun icma rəhbərlərindən biri isə məsələ barədə eşitdiyini, lakin dəqiq məlumata sahib olmadığını söyləyib.