Sabahın havası açıqlandı

XƏBƏR XƏTTİ
Ölkəyə qripə qarşı vaksinlər gətirildi•Sabahın havası açıqlandı•Raqif Abbasovun 12 il həbsi tələb edildi•Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib?•Xalçaları yumaq adı ilə bu anbara yığırmış – Saxlanıldı – VİDEO•XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı•10 qazaxıstanlı tələbə Azərbaycanda təqaüdlə təhsil alacaq•Ramiz Əzizbəylinin kürəkəni həbs edildi•Ölkəyə qripə qarşı vaksinlər gətirildi•Sabahın havası açıqlandı•Raqif Abbasovun 12 il həbsi tələb edildi•Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib?•Xalçaları yumaq adı ilə bu anbara yığırmış – Saxlanıldı – VİDEO•XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı•10 qazaxıstanlı tələbə Azərbaycanda təqaüdlə təhsil alacaq•Ramiz Əzizbəylinin kürəkəni həbs edildi•

Oktyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Mecra.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt