Ukraynada cəbhə xəttindən yaralı hərbçinin ilk dəfə olaraq pilotsuz uçuş aparatı (PUA) ilə təxliyəsi həyata keçirilib.
Mecra.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri bu barədə görüntülər yayıb.
Məlumata görə, hərbçi mina sahələri və Rusiya dronlarının fəaliyyəti səbəbindən yerüstü təxliyənin faktiki olaraq qeyri-mümkün olduğu ərazidə yaralanıb.
Videoda hərbçilərin nəzarət otağından əməliyyatı izlədikləri əks olunub. Dron yaralı hərbçini havaya qaldıraraq təhlükəli zonadan çıxarır, daha sonra onu salamat şəkildə eniş zonasına çatdırır.
Əməliyyat zamanı ağır yüklərin daşınması üçün nəzərdə tutulmuş “Ayudag-6” dronundan istifadə edildiyi bildirilir. Təxliyə zamanı PUA-nın 1 saat 14 dəqiqə ərzində 62 km məsafə qət etdiyi də qeyd olunub.
Bununla belə, təxliyənin harada və nə vaxt həyata keçirildiyi açıqlanmayıb.
Həmin görüntüləri təqdim edirik: