Nəsimi Musayevin saxlanılma anı – VİDEO

XƏBƏR XƏTTİ
Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Fransaya səfərlə bağlı – XİN-dən xəbərdarlıq•21 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Qarabağ Milli Parkı yaradılır – Sərəncam•Nəsimi Musayevin saxlanılma anı – VİDEO•Qar yağacaq – Xəbərdarlıq•Oktyabrın pensiya ödənişləri yekunlaşdı•Yenidən qurulan yurd yerimiz•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Fransaya səfərlə bağlı – XİN-dən xəbərdarlıq•21 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Qarabağ Milli Parkı yaradılır – Sərəncam•Nəsimi Musayevin saxlanılma anı – VİDEO•Qar yağacaq – Xəbərdarlıq•Oktyabrın pensiya ödənişləri yekunlaşdı•Yenidən qurulan yurd yerimiz•

Azərbaycanlı hərbçi Nəsimi Musayevin Ermənistanda saxlanılma anının görüntüləri yayılıb. 

Mecra.az xəbər verir ki, “Johovurd” qəzetinin paylaşdığı kadrlarda N.Musayevin Şaki kəndinin sakininin həyətindən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən çıxarılması əks olunub.

Daha əvvəl yayılan xəbərdə hərbçimizin dindirmə zamanı erməni ailənin evinə daxil olarkən kiməsə zərər vermək niyyətində olmadığını dediyi bildirilib.

“O qeyd edib ki, ev sahibindən onu buraxmasını bir neçə dəfə xahiş edib, lakin qadın onun silahından yapışdığından atəş açmağa məcbur olub. Bundan əlavə, Musayev yazılı şəkildə bildirib ki, ardınca qadın və onun ailə üzvləri ona hücum edib, bıçaqla zərbələr vurub və döyüblər”, – deyə qəzetin məlumatında qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun sentyabrın 26-sı xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb.

Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.“Qafqazinfo”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt