Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr – İnzibati həbs də olacaq

XƏBƏR XƏTTİ
Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Fransaya səfərlə bağlı – XİN-dən xəbərdarlıq•21 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Qarabağ Milli Parkı yaradılır – Sərəncam•Nəsimi Musayevin saxlanılma anı – VİDEO•Qar yağacaq – Xəbərdarlıq•Oktyabrın pensiya ödənişləri yekunlaşdı•Yenidən qurulan yurd yerimiz•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Fransaya səfərlə bağlı – XİN-dən xəbərdarlıq•21 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Qarabağ Milli Parkı yaradılır – Sərəncam•Nəsimi Musayevin saxlanılma anı – VİDEO•Qar yağacaq – Xəbərdarlıq•Oktyabrın pensiya ödənişləri yekunlaşdı•Yenidən qurulan yurd yerimiz•

Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir.

Mecra.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə – iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Həmçinin bu Məcəllənin 613.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq. (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt