Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat – Ölən var

XƏBƏR XƏTTİ
XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı•10 qazaxıstanlı tələbə Azərbaycanda təqaüdlə təhsil alacaq•Ramiz Əzizbəylinin kürəkəni həbs edildi•Yaralı hərbçini dronla təxliyə etdilər – İlk dəfə – VİDEO•Azərbaycanda yağ kəskin bahalaşdı•Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi•Qaxda iki dost məktəbli qıza təcavüz etdi – Təfərrüat•“Şəki yaylası”ndakı faciə ilə bağlı DƏHŞƏTLİ fakt üzə çıxdı – Gizlədilirmiş…•XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı•10 qazaxıstanlı tələbə Azərbaycanda təqaüdlə təhsil alacaq•Ramiz Əzizbəylinin kürəkəni həbs edildi•Yaralı hərbçini dronla təxliyə etdilər – İlk dəfə – VİDEO•Azərbaycanda yağ kəskin bahalaşdı•Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi•Qaxda iki dost məktəbli qıza təcavüz etdi – Təfərrüat•“Şəki yaylası”ndakı faciə ilə bağlı DƏHŞƏTLİ fakt üzə çıxdı – Gizlədilirmiş…•

Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.

Mecra.az Oxu.Az-a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb. Digər şəxs E.Kərimov saxlanılıb.

Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.

Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan təsdiqləyiblər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt