Qaxda iki dost məktəbli qıza təcavüz etdi – Təfərrüat

XƏBƏR XƏTTİ
XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı•10 qazaxıstanlı tələbə Azərbaycanda təqaüdlə təhsil alacaq•Ramiz Əzizbəylinin kürəkəni həbs edildi•Yaralı hərbçini dronla təxliyə etdilər – İlk dəfə – VİDEO•Azərbaycanda yağ kəskin bahalaşdı•Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi•Qaxda iki dost məktəbli qıza təcavüz etdi – Təfərrüat•“Şəki yaylası”ndakı faciə ilə bağlı DƏHŞƏTLİ fakt üzə çıxdı – Gizlədilirmiş…•XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı•10 qazaxıstanlı tələbə Azərbaycanda təqaüdlə təhsil alacaq•Ramiz Əzizbəylinin kürəkəni həbs edildi•Yaralı hərbçini dronla təxliyə etdilər – İlk dəfə – VİDEO•Azərbaycanda yağ kəskin bahalaşdı•Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi•Qaxda iki dost məktəbli qıza təcavüz etdi – Təfərrüat•“Şəki yaylası”ndakı faciə ilə bağlı DƏHŞƏTLİ fakt üzə çıxdı – Gizlədilirmiş…•

Qax rayonunda 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz edilib.

Oxu.Az-ın məlumatına görə, rayon sakini Fərman adlı gənc oğlan parkda 2012-ci il təvəllüdlü qızla tanış olub. Təxminən 10 gün sonra qız Fərmandan ayrılıb və onun 2004-cü il təvəllüdlü qardaşı Rəhmanla sevgi münasibətləri yaşayıb. Rəhman qızla mütəmadi görüşüb. Bir müddət sonra Rəhman qızı rayon ərazisindəki mənzillərdən birinə gətirərək, onunla cinsi əlaqədə olub. Rəhman qızla evlənəcəyini söz verib və onu buna inandırıb. Məktəbli qız da onun bu sözünə inanaraq cinsi əlaqədə olmağa razılıq verib.

Bir müddət sonra Rəhman qızdan ayrılıb və onun nömrəsini tanışı, 2003-cü il təvəllüdlü Tamerlana verib. Tamerlan da bundan sonra həmin qızla münasibətdə olub. Tamerlan qızı aldadaraq avtomobilinə əyləşdirib Qax-Sarıbaş yoluna aparıb, orada qızla avtomobildə cinsi əlaqədə olub.

Hadisədən qızın valideynləri xəbər tutub və polisə şikayət ediblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Rəhman və dostu Tamerlan saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Rəhman 6 il, Tamerlan isə 6 il 6 ay azadlıqdan məhrum ediliblər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt