Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir – FOTOLAR

XƏBƏR XƏTTİ
Məktəblərdə 5 günlük tətil olacaq – TARİXLƏR•Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı•Bakıda bu gecədən bəzi yollar tam bağlanacaq•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Prezident yeni SƏRƏNCAM İMZALADI:Nazirlər Kabineti üç ay müddətində•Bu marşrutların hərəkət sxemi dəyişdirildi•Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir – FOTOLAR•Firuzə İbadova iki aydır yataq xəstəsidir – VİDEO•Məktəblərdə 5 günlük tətil olacaq – TARİXLƏR•Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı•Bakıda bu gecədən bəzi yollar tam bağlanacaq•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Prezident yeni SƏRƏNCAM İMZALADI:Nazirlər Kabineti üç ay müddətində•Bu marşrutların hərəkət sxemi dəyişdirildi•Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir – FOTOLAR•Firuzə İbadova iki aydır yataq xəstəsidir – VİDEO•

Polis Akademiyasında kursantların peşə hazırlığının daha da təkmilləşdirilməsi, nəzəri biliklərinin dərinləşdirilməsi və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə mühazirə və görüşlər təşkil olunur.

Mecra.az xəbər ki, müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri Hökümə Babayeva “İnzibati iddianın növləri”, Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Adil Babayev “Azərbaycan dilində akademik və işgüzar kommunikasiya fənninin ölkəmizdə tədris edilmə tarixi”, Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Zaur Əzimov “Hüququn anlayışı və mahiyyəti”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Vamiq Şükürov “Əqdlər və onların növləri” mövzularında mühazirələrlə çıxış ediblər.

Dərslər zamanı mütəxəssislər tərəfindən nəzəri biliklərlə yanaşı, real təcrübədən götürülmüş nümunələr əsasında mövzular izah olunub, kursantları maraqlandıran suallar cavablandırılıb və peşə fəaliyyətində zəruri bacarıqların formalaşdırılmasına xidmət edən mühüm məqamlar diqqətə çatdırılıb.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt