Bir neçə gündür Cəlilabad rayonunda örtük altında çiyələk əkininə başlanılıb.
Mecra.az xəbər verir ki, rayonda yetişdirilən çiyələyin xarici bazarlara çıxarılma perspektivləri çox olduğundan fermerlər bu sahəyə xüsusi diqqət ayırırlar.
Cəlilabad rayon Dövlər Aqrar İnkişafından saytımıza verilən məlumata görə, ötən il 940 hektar sahədə çiyələk əkilib. Əkilən sahələrdən 35 min 130 ton məhsul yığılıb.
Bu il isə kartof əkini ilə məşğul olan bir çox fermerlər də çiyələk əkininə keçiblər.


