Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı

XƏBƏR XƏTTİ
Ərdoğan İlham Əliyevə zəng etdi•Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı – Saxlanılan var•Məktəblərdə 5 günlük tətil olacaq – TARİXLƏR•Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı•Ulduz falı: 22 oktyabr, 2026-cı il•Bakıda bu gecədən bəzi yollar tam bağlanacaq•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Prezident yeni SƏRƏNCAM İMZALADI:Nazirlər Kabineti üç ay müddətində•Ərdoğan İlham Əliyevə zəng etdi•Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı – Saxlanılan var•Məktəblərdə 5 günlük tətil olacaq – TARİXLƏR•Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı•Ulduz falı: 22 oktyabr, 2026-cı il•Bakıda bu gecədən bəzi yollar tam bağlanacaq•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Prezident yeni SƏRƏNCAM İMZALADI:Nazirlər Kabineti üç ay müddətində•

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlığı çərçivəsində yolların qardan və buzdan təmizlənməsi üçün texniki duz tədarük etməyi planlaşdırır.

Mecra.az xəbər verir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi bu məqsədlə 5 min ton emal edilməmiş xam duzun satın alınması ilə bağlı müsabiqə elan edib.

Satınalma üzrə ehtimal olunan qiymət 1 milyon 545 min manat təşkil edir.

Oxu.Az-ın sorğusuna cavab olaraq idarədən bildirilib ki, texniki duzun alınmasında əsas məqsəd qar yağacağı təqdirdə paytaxt yollarında təmizlik işlərini vaxtında həyata keçirmək və nəqliyyatın təhlükəsiz hərəkətini təmin etməkdir.

Qurumdan qeyd edilib ki, duz tədarükü zamanı Bakının landşaft xüsusiyyətləri və təxminən 140 kilometrlik ərazini əhatə edən yol şəbəkəsi nəzərə alınır.

Bildirilib ki, paytaxtda çoxsaylı yoxuş və enişlərin mövcudluğu qarlı havalarda yollara xüsusi diqqət yetirilməsini zəruri edir. Texniki duzdan əlverişsiz hava şəraitində yolların qar və buzdan təmizlənməsi məqsədilə istifadə olunacaq.

İdarənin məlumatına görə, satınalma 2026-2027-ci illərin payız-qış mövsümünü əhatə edir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt