Firuzə İbadova iki aydır yataq xəstəsidir – VİDEO

XƏBƏR XƏTTİ
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət•Firuzə İbadova iki aydır yataq xəstəsidir – VİDEO•“6-cı həyat yoldaşım mən deyəndi…” – Cəlilabadlı çoban – VİDEO•Cəlilabadda çiyələk əkininə start verildi – FOTOLAR•Ramin İsayevin 100 milyonluq sərvəti var imiş – Siyahı•Ölkəyə qripə qarşı vaksinlər gətirildi•Sabahın havası açıqlandı•Raqif Abbasovun 12 il həbsi tələb edildi•DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət•Firuzə İbadova iki aydır yataq xəstəsidir – VİDEO•“6-cı həyat yoldaşım mən deyəndi…” – Cəlilabadlı çoban – VİDEO•Cəlilabadda çiyələk əkininə start verildi – FOTOLAR•Ramin İsayevin 100 milyonluq sərvəti var imiş – Siyahı•Ölkəyə qripə qarşı vaksinlər gətirildi•Sabahın havası açıqlandı•Raqif Abbasovun 12 il həbsi tələb edildi•

Əməkdar artist Firuzə İbadovanın səhhətində ciddi problem yaranıb.

Mecra.az xəbər verir ki, bu barədə müğənni İzzət Bağırov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, sənətçi iki aydır yataq xəstəsidir: “Artıq iki ciddi əməliyyat keçirib, hələ üçüncüyə hazırlaşır.

Mən çox istəyərdim ki, sənət yoldaşlarımız – bütün gün toylarda olanlar, hansı ki, Firuzə xanımı həmişə görəndə görüşüb-öpüşənlər… Bax gəlin də buraya. Gəlin, Firuzə xanıma baş çəkin. Hamımızın iş-gücü var, hamımız harasa qaçırıq, amma mənə elə gəlir ki, Firuzə xanımın yanında olmaq bizim borcumuzdur.

Bütün günü ana-bala burada tək olurlar. Mən istəyərdim ki, tək olmasınlar. Gəlib baş çəkək, yanında olaq. Xəstə nə xoşlayır? Xəstə ziyarəti sevir, gözü həmişə qapıda olur. Əzizlərini, doğmalarını gözləyir. Mən belə düşünürəm ki, gəlsəniz, yaxşı olar”.

Qeyd edək ki, Əməkdar artist Firuzə İbadovanın 72 yaşı var.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt