MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminin nəticələri açıqlandı

XƏBƏR XƏTTİ
Ərdoğan İlham Əliyevə zəng etdi•Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı – Saxlanılan var•Məktəblərdə 5 günlük tətil olacaq – TARİXLƏR•Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı•Ulduz falı: 22 oktyabr, 2026-cı il•Bakıda bu gecədən bəzi yollar tam bağlanacaq•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Prezident yeni SƏRƏNCAM İMZALADI:Nazirlər Kabineti üç ay müddətində•Ərdoğan İlham Əliyevə zəng etdi•Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı – Saxlanılan var•Məktəblərdə 5 günlük tətil olacaq – TARİXLƏR•Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı•Ulduz falı: 22 oktyabr, 2026-cı il•Bakıda bu gecədən bəzi yollar tam bağlanacaq•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Prezident yeni SƏRƏNCAM İMZALADI:Nazirlər Kabineti üç ay müddətində•

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Mecra.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, 28–31 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1 467 namizəd uğur qazanaraq müddətli əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edib.

“Müddətli əmək müqaviləsi ilə vakansiya seçimində uğur qazanan namizədlər 10 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Təqdim edilməli sənədlər:

• şəxsiyyəti təsdiq edən sənədin surəti;

• ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;

• əmək kitabçasının əsli (olduğu təqdirdə);

• 3×4 formatında 4 ədəd fotoşəkil;

• sağlamlıq haqqında arayış;

• kadrlar uçotunun şəxsi vərəqəsi;

• şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.

Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur”, – deyə məlumatda qeyd edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt