Lənkəran-Astara Regional Təhsil İdarəsində müşavirə keçirildi – FOTOLAR

Bu gün Lənkəran-Astara Regional Təhsil İdarəsində 2026–2027-ci tədris ili üzrə təhsil işçilərinin konfransları və panel müzakirələrin yekunlarına dair müşavirə keçirilib.

Mecra.az xəbər verir ki, müşavirədə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, idarənin və rayonlar (şəhər) üzrə təhsil sektorlarının rəhbər heyəti, eləcə də əməkdaşları iştirak ediblər. Tədbirdə rəhbər heyət tərəfindən Keyfiyyət fəaliyyət planının icrası ilə bağlı təqdimatlar dinlənilib. Müzakirələr zamanı özünüqiymətləndirmə, məktəb pasportu, dərsdinləmələrin təşkili, məktəbdaxili qiymətləndirmə, təlim nəticələri zəif olan şagirdlərlə sistemli işin təşkili, müəllimlər arasında əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Təlim nəticələri zəif olan şagirdlərin vaxtında müəyyənləşdirilməsi, onların fərdi ehtiyaclarına uyğun dəstək tədbirlərinin müəyyən edilməsi və təlim nəticələrinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətin təşkili vacib məsələlərdən biri kimi qeyd olunub.Sonda keçirilmiş müzakirələrin nəticələri nəzərə alınmaqla 2026–2027-ci tədris ili üzrə prioritet fəaliyyət istiqamətləri və hədəflər müəyyənləşdirilib.

Tədrisin keyfiyyətinin və şagird nailiyyətlərinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi və təhsil mühitinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bir işıqlandırma, cədvəl və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs və toy şəkili ola bilər

Bir platforma şəkili ola bilər

Bir mətn şəkili ola bilər

 

👁 120 baxış