Yarışa görə bu marşrutların hərəkət sxemi dəyişdirilir – Siyahı

XƏBƏR XƏTTİ
Prezident yeni SƏRƏNCAM İMZALADI:Nazirlər Kabineti üç ay müddətində•Bu marşrutların hərəkət sxemi dəyişdirildi•Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir – FOTOLAR•Firuzə İbadova iki aydır yataq xəstəsidir – VİDEO•“6-cı həyat yoldaşım mən deyəndi…” – Cəlilabadlı çoban – VİDEO•Cəlilabadda çiyələk əkininə start verildi – FOTOLAR•Ramin İsayevin 100 milyonluq sərvəti var imiş – Siyahı•Ölkəyə qripə qarşı vaksinlər gətirildi•Prezident yeni SƏRƏNCAM İMZALADI:Nazirlər Kabineti üç ay müddətində•Bu marşrutların hərəkət sxemi dəyişdirildi•Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir – FOTOLAR•Firuzə İbadova iki aydır yataq xəstəsidir – VİDEO•“6-cı həyat yoldaşım mən deyəndi…” – Cəlilabadlı çoban – VİDEO•Cəlilabadda çiyələk əkininə start verildi – FOTOLAR•Ramin İsayevin 100 milyonluq sərvəti var imiş – Siyahı•Ölkəyə qripə qarşı vaksinlər gətirildi•

Sentyabrın 5-də Bakıda keçiriləcək İRONMAN70.3 yarışı ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə əsasən, 13 müntəzəm marşrutun (5, 6, 53, 72, 88, 120A, 125, 149, 149E, 164, 195, 205 və E1 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, 72, 120A, 125, 149, 149E, 205, E1 nömrəli marşrutların “Azneft dairəsi” istiqamətində hərəkəti Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu – İpək yolu – Mikayıl Müşfiq küçəsi – Nəriman Nərimanov prospekti – Mehdi Hüseyn küçəsi – Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Niyazi küçəsi ilə təşkil ediləcək.

“Eyni zamanda, Dənizkənarı küçəsində  Su İdmanı Sarayı, Bakı Kristal Zalı və Dövlət Bayrağı Meydanı qarşısında yerləşən dayanacaq məntəqələri  tədbirin keçiriləcəyə əraziyə daxil olduğundan 5, 6, 53 və 88 nömrəli müntəzəm marşrutlar bu dayanacaqlara daxil olmadan fəaliyyət göstərəcək”, – deyə məlumatda qeyd edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt