Azərbaycanlı sürücülər sərhəddə qalıblar – 100 minlik məhsul xarab oldu – VİDEO

XƏBƏR XƏTTİ
Paytaxtın bu yolları bağlı olacaq•Ət bazarında qiymətlər niyə dayanmadan artır? – VİDEO•Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Paytaxtın bu yolları bağlı olacaq•Ət bazarında qiymətlər niyə dayanmadan artır? – VİDEO•Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•

İrandan Rusiyaya ərik aparan azərbaycanlı TIR sürücüləri sərhədi tərk edə bilmirlər.

“Qafqazinfo”nun xəbərinə görə, sürücülər deyirlər ki, məhsulu İrandan Rusiyaya sifariş əsasında aparmalı imişlər.

Ancaq uzun müddət gözləmələri onların həm özləri, həm də daşıdıqları yüklər üçün ciddi problemlər yaradıb.

Vurğulanır ki, hər TIR-da təxminən 20 ton ərik var. Hər maşında 80-100 min manatlıq məhsul xarab olub. Sürücülər 15 gündür İranda çətin şəraitdə qaldıqlarını bildirirlər.

Sürücülərin sözlərinə görə, Rusiya tərəfi, daha doğrusu, məhsulun gətirilməsini sifariş edən firma yüklərin xarab olduğunu əsas gətirərək onları qəbul edə bilməyəcəyini deyir. İran tərəfi isə xarab olmuş məhsulu boşaltmağa icazə vermir. Hazırda sürücülər İran-Astara gömrük məntəqəsində maşınların içərisində xarab olmuş yüklərlə nə edəcəklərini bilmirlər. Onlar bildirirlər ki, hər keçən gün vəziyyət daha da çətinləşir.

Həmin sürücülərə məhsulun gətirilməsini sifariş edən firmanın rəsmiləri ilə əlaqə saxlamaq mümkün olmayıb.

Yerli aidiyyəti qurumlar isə məsələnin araşdırılacağı bildirib.

Daha ətraflı “Xəzər TV”nin videomaterialında:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt