Nigar Fərhad sərbəst buraxıldı – vətəndaşlara dəymiş ziyanın ödənilməsi tapşırıldı

XƏBƏR XƏTTİ
Paytaxtın bu yolları bağlı olacaq•Ət bazarında qiymətlər niyə dayanmadan artır? – VİDEO•Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Paytaxtın bu yolları bağlı olacaq•Ət bazarında qiymətlər niyə dayanmadan artır? – VİDEO•Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•

Çoxsaylı şikayətlər əsasında saxlanılan “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, istintaq orqanı hələlik onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb etməyib.

Aparıcı bir neçə saat izahat verdikdən sonra sərbəst buraxılıb.

Digər yeni məlumat ondan ibarətdir ki, “AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun icraatına verilib. Artıq Nigar Fərhad, onun həyat yoldaşı Samir Yəhyazadə və digər şəxslərlə bağlı istintaqı prokurorluq aparır.

Nigar Fərhad barəsində də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət təqibi aparılır. O, hazırda istintaq nəzarəti altında sərbəstdir. Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi tapşırılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt