“Hər dəfə bu yolda ölüm hadisəsi olur” – Salyanda sakinlər fəryad etdi – VİDEO

XƏBƏR XƏTTİ
Ət bazarında qiymətlər niyə dayanmadan artır? – VİDEO•Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Azərbaycan-Kamboca əlaqələri dərinləşir•Ət bazarında qiymətlər niyə dayanmadan artır? – VİDEO•Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Azərbaycan-Kamboca əlaqələri dərinləşir•

Salyanın Yolüstü kəndindən keçən Salyan-Şirvan avtomobil yolunun vəziyyəti sakinlərin ciddi narahatlığına səbəb olub.

Kənd sakinləri yolda yüksək sürətlə hərəkət edən avtomobillərin yaratdığı təhlükədən, məhdudlaşdırıcı yol nişanlarının və işıqforların olmamasından şikayətlənirlər.

Sakinlərin sözlərinə görə, sözügedən yolda dəfələrlə ağır, hətta ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Yaranan problemlə bağlı onlar Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Sakinlərdən biri bildirib ki, yolda nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etməsi ciddi təhlükə yaradır:

“Maşınların yüksək sürətlə hərəkət etməsi, məhdudlaşdırıcı yol nişanlarının və işıqforların olmaması, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri bizi narahat edir. Sağda və ya solda bir-iki maşın dayananda gələn avtomobilləri görmək üçün az qala yolun yarısına qədər çıxmalı olursan. Magistral yola çıxmaq mümkün deyil. Son bir ayda üç-dörd ölüm hadisəsi baş verib”.

Digər sakin isə yoldakı nişanlanma xətlərindən narazılığını ifadə edib:

“Düz xətt çəkilməyib, qırıq-qırıq xətt çəkilib. Bu isə sürücülərin istədikləri sürətlə hərəkət etməsinə şərait yaradır. Bu yolda beş ölüm hadisəsi baş verib. Xətlər çəkiləndən bir gün sonra bir gənc oğlan burada baş verən qəza nəticəsində həyatını itirdi”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt