Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşlarının və rayonun təhsil işçilərinin iştirakı ilə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində konfrans keçirilib.
Mecra.az xəbər verir ki, konfransda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov və təhsil iççiləri iştirak etmişdir. Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov təhsil sahəsində görülən işlərin əhəmiyyətini vurğulayıb, müəllim və təhsil işçilərinin fəaliyyətini yüksək qiymətləndirib. RİH başçısı rayonun təhsil sisteminin inkişafı, infrastrukturun yaxşılaşdırılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov hesabat məruzəsi ilə çıxış edib.
Məruzədə ötən dövr ərzində görülən işlər, təhsil göstəriciləri, müəllimlərin peşəkar inkişafı və şagird nailiyyətləri barədə ətraflı məlumat verilib. Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev isə regional təhsil siyasəti, qarşıda duran vəzifələr və gələcək planlar haqqında danışıb. O, təhsil işçilərinin peşəkarlığını artırmaq, təhsilin keyfiyyətini yüksəltmək və müasir tələblərə uyğun şərait yaratmaq istiqamətində görüləcək işlərə toxunub.Konfransda digər çıxışlar da dinlənilib. Tədbirdə iştirakçılar təhsil sahəsində mövcud vəziyyəti müzakirə edib, təklif və rəylərini bildiriblər.











👁 78 baxış
