Cəlilabadda bu məktəb I yerə layiq görüldü

XƏBƏR XƏTTİ
Paytaxtın bu yolları bağlı olacaq•Ət bazarında qiymətlər niyə dayanmadan artır? – VİDEO•Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Paytaxtın bu yolları bağlı olacaq•Ət bazarında qiymətlər niyə dayanmadan artır? – VİDEO•Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•

Cəlilabad şəhər 9 saylı orta məktəb rayon birincisi olub.Məlumata görə IX siniflərin buraxılış imtahanının nəticələrinə, eləcə də IV siniflər üzrə keçirilmiş monitorinqin nəticələrinə əsasən məktəb Cəlilabad şəhər məktəbləri arasında I yerə layiq görülüb.

Mecra.az xəbər verir ki, bu haqda məktəbin sosial media hesabında məlumat verilib.

“Belə ki, IX siniflərin buraxılış imtahanının nəticələrinə, eləcə də IV siniflər üzrə keçirilmiş monitorinqin nəticələrinə əsasən məktəb Cəlilabad şəhər məktəbləri arasında I yerə layiq görülmüşdür. Bu uğur məktəbin pedaqoji kollektivinin məqsədyönlü və sistemli fəaliyyətinin, müəllimlərin peşəkarlığının, şagirdlərin təhsilə məsuliyyətli yanaşmasının və təlim prosesinin düzgün təşkilinin nəticəsidir.

Əldə olunan nəticə bir daha göstərir ki, məktəbdə şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində aparılan ardıcıl monitorinqlər, fərdi yanaşma, zəif nəticə göstərən şagirdlərlə məqsədyönlü iş və müəllim-şagird əməkdaşlığı öz bəhrəsini vermişdir. Cəlilabad şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbi olaraq bu uğuru böyük məsuliyyət və qürur hissi ilə qarşılayır, qarşıdakı tədris illərində daha yüksək nəticələr əldə etməyi qarşıya məqsəd qoyuruq.Bu uğurda əməyi olan bütün müəllimlərimizə: Yeganə müəllim, İlahə müəllim, Sənan müəllim,Vüsal müəllim, Sevinc müəllim, Aygün müəllim, Rəvanə müəllim və Heyranxanım müəllimə kollektivimiz adında təşəkkürürmüzü bildiririk. Birlikdə çalışdıq, birlikdə qazandıq!”, – deyə məktəbin səhifəsində bildirilib.

Raqil QULİYEV

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt