Nigar Fərhad saxlanıldı

XƏBƏR XƏTTİ
Paytaxtın bu yolları bağlı olacaq•Ət bazarında qiymətlər niyə dayanmadan artır? – VİDEO•Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Paytaxtın bu yolları bağlı olacaq•Ət bazarında qiymətlər niyə dayanmadan artır? – VİDEO•Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•

“AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi, aparıcı Nigar Fərhad saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, Nigar daxil olmuş çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub.

O, artıq başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Gün ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək.

Hazırda aparıcı istintaq nəzarətindədir, hələlik barəsində qərar verilməyib.

Qeyd edək ki, bir müddət əvvəl eyni məsələ ilə bağlı “AİD Group”un faktiki rəhbəri Samir Yəhyazadə həbs edilib. O, Nigar Fərhadın əridir.

Şirkətlə bağlı şikayətlərin sayı isə durmadan artır. Əksəriyyəti tələbə olan şikayətçilər xaricdə təhsil almaq üçün Nigara verdikləri pulu ala bilmədiklərini deyirlər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt